19.05.2022
18.05.2022-ci il tarixdə Beynəlxalq Muzeylər günü ilə əlaqədar Gəncə Qala Qapıları Etnoqrafiya Muzeyinə və Nizami Gəncəvi muzeyinə ekskursiya təşkil edildi. Ekskursiyada Samux rayon Mədəniyyət Mərkəzi və filialları iştirak etdilər.
Nizami Gəncəvi Muzeyinə təşkil olunan ekskursiyada muzeyin bələdçisi Ləman Abdullayeva öz çıxışında Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və muzey ilə yaxından tanış olundu.
Sonra Gəncə Qala Qapıları Etnoqrafiq Muzeyinin baş elmi işçisi Aynur Həsənova Muzeylər Günü ilə bağlı geniş məlumat verdi. Bildirdi ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən Muzeylər günü 18 may tarixində qeyd edilir. Tarixi, Maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də hər il 18 may-Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.
Daha sonra isə xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olundu.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.