Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 may  Beynəlxalq Muzeylər günü münasibətilə məruzə saatı keçirilmişdir.

19.05.2022

18.05.2022-ci il tarixdə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində Diyarşünaslıq evi, Gəncə Dövlət Rəsm Qalereyası və tələbə gənclərin iştirakı ilə 18 may  Beynəlxalq Muzeylər günü münasibətilə məruzə saatı keçirilmişdir.

İlk olaraq çıxış üçün söz Gəncə Dövlət Rəsm Qalereyasının bələdçisi Sevinc Məhərrəmovaya verilmişdir. O, Fransada Luvr, İngiltərədə Britaniya və Viktoriya Albert, Amerikada Metropiliten kimi dünya muzeylərinin və eləcə də Azərbaycanda fəaliyyət göstərən Milli Xalça muzeyi, Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi kimi müxtəlif profilli muzeylərin yaranma tarixi , onların çoxşaxəli fəaliyyəti  barədə geniş və ətraflı  məruzə etmişdir.  Eyni zamanda 18 may Beynəlxalq muzeylər gününün tarixi haqqında məlumat vermiş və  cəmiyyətin həyatında muzeylərin rolunun əhəmiyyəti barədə danışmışdır. Bildirmişdir ki, hər il olduğu kimi bu il də bütün dünya və eləcə də  Azərbaycada fəaliyyət göstərən muzeylərdə “ Açıq qapı” günü elan edilmişdir.

Sonra Diyarşünaslıq evinin metodisti Leyla Əliyeva  çıxış edərək muzeylərin elm, mədəniyyət,  tətqiqat mərkəzləri kimi əhəmiyyətli rolu barədə danışmışdır. Bildirmişdir ki, muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrindən xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Bu “xəzinə” əslində elm, maarif müəssisəsidir. Əlbəttə, muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir. Hazırda Azərbaycan muzeylərinin qarşısında duran əsas məqsəd muzey işində innovasiyaların tətbiqi, mədəni irsin qorunması istiqamətindədünya muzeyləri ilə bir sırada öz işini davam etməkdən ibarətdir.

Gəncə Dövlət Rəsm Qalereyasının baxıcısı Gülnar Cumalıyeva və Gəncə Regional Mədəniyyət İdarəsinin mühasibi  Aysel Şirinova  18 may Beynəlxalq Muzeylər günü münasibətilə muzey işçilərini təbrik edərək onlara işlərində uğurlar arzuladığını bildirdilər.

 Gəncə şəhər Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva “Beynəlxalq Münasibətlərdə Muzeylərin rolu” başlıqlı məqaləsini məruzə etmişdir.  Muzeydə olarkən diqqətlə izlədiyimiz eksponatlar bizi keçmişin dərin qatlarına aparır. Onlar sadəcə əşya deyil zamanın sınaqlarından keçmiş, onun keşməkeşlərini görmüş çox qiymətləri sirdaşlardırlar. Mədəniyyətin müstəqil sahəsi olan muzeylər xalqların maddi, mənəvi dəyərlərini yaşadaraq gələcək nəsillərə ötürən, bu dəyərlərin tətqiqini, təbliğini həyata keçirən elmi-maarif, elmi tətqiqat müəssisələridir. Məlumdur ki, beynəlxalq münasibətlər, mədəni əlaqələr millətlər arası ünsiyyət mədəniyyətinə, xalqların bir-birinə yaxınlaşmasına, onların arasında inam və etimadın möhkəmlənməsinə xidmət edir.  Müasir dövrdə beynəlxalq münasibətlərin inkişaf etdiyi və mürəkkəbləşdiyi bir dövrdə muzeylər bu əməkdaşlığın əsas məqamlarından biri kimi ifa- də olunur. Beynəlxalq əməkdaşlıqda, dünya və eləcə də Azərbaycan muzeylərinin fəaliyyətinin müxtəlif istiqamətləri onların münasibətlər sistemində rolunun vacibliyini, əhəmiyyətli dərəcədə artırır.Belə ki, dünyada baş verən sosial, ictimai, tarixi proseslərlə əlaqədar olaraq muzeylərin və fəaliyyətinin məzmunu dəyişmiş, daha geniş və çoxşaxəli fəaliyyət istiqamətlərinin yaranmasına zəmin yaratmış, qlobal xarakterli etmişdir.

 

89.1 KB