Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Muzeydə bir gün” adlı tədbir keçirilib

19.05.2022

18.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeydə bir gün" adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon Kosalar kənd icra nümayəndəliyinin əməkdaşları, Kosalar kənd tam orta məktəbin, Başkənd kənd tam orta məktəbin müəllim və şagird kollektivi ilə yanaşı Azərbaycan qəzetinin məsul işçisi Məhəmməd Nərimanoğlu da iştirak etdi.Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Tofiq Məmmədov Muzeyin yaranma tarixindən və keçdiyi çətin,eyni zamanda şərəfli yoldan danışdı.Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin əməkdaşlarını və bütün muzey işçilərini təbrik etdi.Sonra Azərbaycan qəzetinin məsul işçisi Məhəmməd Nərimanoğlu çıxış edərək Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi ilə bağlı təəssüratlarını bölüşdü.Tariximizin saxlanc yerinin etibarlı əllərdə olduğunu bildirdi. Muzeyin əməkdaşlarını təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.Daha sonra Xocalı rayon Kosalar kənd tam orta məktəbin tarix müəllimi Sevda Mirzeyeva muzeydə yaradılan şəraitdən razılığını bildirdi.Məktəblə muzeyin qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirdi.Öz növbəsində Muzeyin kollektivini təbrik etdi.Sonda Xocalı rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş Bizim Böyük Qələbəmiz adlı kitab muzeyə hədiyyə edildi.Xatirə şəkilləri çəkdirildi.

 

55.7 KB

 

91.5 KB