19.05.2022
18 may 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində 18 May Muzeylər Günü ilə əlaqədar "Açıq qapı" günü elan edilmişdir. Goranboy rayon Şəhid Şamil Quliyev adına 1 saylı Uşaq bağçasının müəllim kollektivi və balaca körpələri Ulu Öndər Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş muzey ilə tanış oldular. Sonda xatirə şəkli çəkildi.