18.05.2022
17 may 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbi Məhsəti Gəncəvi Mərkəzində “Şuşa ili” elan olunması ilə əlaqədar "Əziz Şuşa, sən azadsan" adlı konsert proqramı ilə çıxış etmişlər.
Konsertdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Qarabağ Vətən Müharibəsinin qaziləri, Gəncə şəhəri üzrə uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri, məktəbin kollektivi və digər qonaqlar iştirak etmişlər.
İlk öncə qonaqları məktəbin nəfəsli alətlər orkestri qarşılamışdır.
Konsertin aparıcısı, məktəbin nəzəriyyə şöbəsinin müəllimi Aysel Allahyarova Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir.
Azərbaycan Respublikasının dövlət himni məktəbin xor kollektivi tərəfindən ifa olunmuşdur. Məktəbin şagirdləri İslam Əliyev, Damla Məmmədli, Zəhra Musayeva, Nigar İsgəndərli, Mirtalib Bağırov musiqi ifalarını təqdim etmişlər.
Musiqisi və sözləri məktəbin müəllimi Vəfa Əliyevaya məxsus olan "Gözəldir Şuşamızda" adlı mahnısı məktəbin vokal müəllimi Samirə Hacıyevanın və şagirdlərindən ibarət vokal qrupu ifa etmişdir.
Məktəbin "Bülbüllər" skripkaçalanlar ansamblının (müəllim Turan Şahbazi), nağaraçalanlar ansamblının (müəllimi Akif Kazımov), xalq çalğı alətləri orkestrinin çıxışı olmuşdur.
Məktəbin xanəndə sinfinin müəllimi, “Səs Azərbaycan” layihəsinin finalçısı Hüseyn Abbasov “Qarabağ şikəstəsini” ifa etmişdir.
Sonda musiqisi məktəbin direktoru Svetlana Hüseynovaya məxsus olan "Azərbaycan" mahnısını "Gəncəm" triosunun ifasında (müəllifin müşayiəti ilə) konsert sona çatmışdır.