Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələbə Bizimlədir” adlı dəyirmi masa keçirilib

18.05.2022

18.05 .2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər Mədəniyyət evində Laçın rayonunun işğalı və azad olunması(18.05.1992-01.12.2022) ilə əlaqədar "Qələbə Bizimlədir" adlı dəyirmi masa keçirildi.

Tədbirdə Samux şəhər Mədəniyyət evinin işçiləri və şəhər 3 saylı tam orta məktəbin şagirdləri  iştirak edirdi.Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən açaraq qeyd etdi ki,  Laçın rayonu 1924-cü ildə təsis edilib.Ərazisi 1.84 min km-dir, işğaldan əvvəl əhalisi 65  430 nəfər olmuşdur.İşğaldan əvvəl 217 Mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisəsi, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi var idi. Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır.

Tədbirin davamında şəhər Mədəniyyət evinin metodisti Əlizadə Gültəkin söylədi ki, Laçın rayonun tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl l-ll minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdirlər.Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq.

 

103.8 KB