18.05.2022
18 May 2022-ci il tarixdə şair , tərcüməçi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abonement şöbəsində “Əhməd Cavad yaradılcılığına səyahət “adlı biblioqrafiq icmal keçirildi. Tədbiri açan kitabxanaçı Afaq Bağırova Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verdi və kitabxananın fondunda olan Əhməd Cavad “Seçilmiş əsərləri”,”Əhməd Cavad Sən olasan gülüstan” və s,kitabarı ilə oxucuları tanış etdi.
Tədbirdə Gəncə Dövlət Universitetinin tələbələri iştirak edirdi.