18.05.2022
18 may 2022-ci il tarixdə Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyində 18 may Beynəlxalq Muzeylər günü ilə əlaqədar " Muzeylər kolleksiyası ünsiyyət yaradır" şüarı adı altında tədbir keçirildi. Tədbirdə Muzeyin direktoru E. Quliyev çıxış edərək muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynamağından, məlumat mənbəyi kimi tiristlərin muzeylərdən necə istifadə etməyindən söhbət açdı. Bununla yanaşı muzeyimiz haqqında geniş məlumat verildi.