18.05.2022
17.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 18 May Beynəlxalq Muzeylər günü münasibətilə “Tariximizi yaşadan muzeylər” başlığı altında ekskursiya təşkil etdi.
Ekskursiya zamanı "Azəri" hazırlıq kursunun 11 ci sinif şagirdləri ilk əvvəl Miniatur kitab muzeyini yaxından tanıdılar. Muzeyin bələdçisi Aytən Əliyeva uşaqlara miniatur kitablar haqqında geniş məlumat verdi. Daha sonra isə gənclər Azərbaycan Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyi ilə tanış oldular. Muzeydə bələdçi Aynur Babayeva uşaqlara İsrafil Məmmədovun həyatı və qəhrəmanlığı haqqında ətraflı məlumat verdi. Sonra isə şagirdlər XI əsrin sonu – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi, Azərbaycan da ilk şahmatçı qadın, ilk qadın musiqiçimiz və ilk azərbaycanlı qadın bəstəkar Məhsəti Gəncəvi mərkəzində oldular və bələdçi Sevinc Məhərrəmova Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək gəncləri muzey ilə yaxından tanış etdi.
Belə Tədbirlərin keçirilməsində məqsəd yeniyetmə və gənclərin maarifləndirilməsidir.