Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqın xilaskar oğlu – Heydər Əliyev”

04.05.2018

Naftalan şəhər Heydər Əliyev Mərkəzinin tabeliyində fəaliyyət göstərən İ.Nəsimi adına 1 saylı tam orta məktəbin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə “Xalqın xilaskar oğlu” adlı mühazirə saatı və ekskursiya keçirilmişdir.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında 1 saylı tam orta məktəbin müəllimi Rəsmiyyə Əliyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşları Nuranə Abbasova, Lamiyə Məmmədova, şagirdlərdən Ülkər Verdiyeva, İlkin Aslanov çıxış etmişlər.

Sonra Heydər Əliyev Mərkəzində tədbir iştirakçıları üçün ekskursiya təşkil olunmuşdur.