Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarixi yaddaş və kimliyimizin təsdiqi” başlıqlı tədbir keçirilib

17.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 17.05.2022-ci il tarixdə 18 May Beynəlxalq Muzeylər Gününə aid "Tarixi yaddaş və kimliyimizin təsdiqi" başlıqlı tədbir keçirdi. Tədbiri kitabxanaçı Mehriban Məmmədzadə 24 saylı tam orta məktəbdə keçirtdi. Kitabxanaçı 18 May Beynəlxalq Muzeylər gününün yaranması haqqında ətraflı məlumat verdi: Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxaq Muzeylər Şurasının 11-ci konfransında Sovet Nümayəndə heyyətinin təklifi ilə təsis olunmuşdur.  Daha sonra məktəbin tarix müəllimi Şəhla Mustafayeva muzeylər haqqında danışdı: Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə Xalq Cümhuriyyətinin dövründə ilk milli muzeyin təməli qoyulmuşdur və 1920-ci ildə Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərmişdir. İlk Milli Azərbaycan Tarix Muzeyi H.Z.Tağıyevin evində fəaliyyətə başlamışdır. Müəllimə sonra Gəncədə fəaliyyət göstərən hər bir muzey haqqında ətraflı məlumat verdi: Tarix-Diyarşünaslıq Muzeyi, muzeydə saxlanılan ekspanatlar, Gəncənin girişində yerləşən Arxelogiya və Etnoqrafiya Muzeyi, M.C.Paşayevin ev muzeyi, İstiqlal muzeyi, N.Gəncəvi muzeyi, İsrafil Məmmədovun ev muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Muzeyi və bu muzeylərdə  yerləşən eksponatlar tariximiz haqqında dolğun məlumat almağa imkan verir. 18 May Beynəlxalq Muzeylər günündə muzeylərdə "Açıq qapı" günü keçirilir. Müəllimə hər bir şagirdin muzeylərə gedib oradakı eksponatlarla əyani tanışlığın çox mühüm əhəmiyyətə malik olduğunu söylədi. Muzeylər bizim tariximizi , mədəniyyətimizi özündə yaşadan və bizim kimliyimizi təsdiq edən məkandır.
 Tədbirdə iştirak edən şagirdlər onları maraqlandıran suallarla muəllimə müraciət etdilər.

 

74.2 KB