17.05.2022
17 may 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə Goranboy şəhər Qızılhacılı qəsəbə sakini 2-ci Qarabağ vətən müharibəsinin şəhidi İlkin Safayıl oğlu Vəliyevin anadan olmasının 25-ci ildönümü ilə əlaqədar ”Şəhidlik zirvəsinə ucalan igidlər” adlı anım saatı keçirildi. Anım saatında şəhidimizin ailə üzvləri və Mədəniyyət müəssəsinin əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözü ilə açan şəhər kitabxana filialının multimedia mütəxəsisi Kəmalə İsmayılova torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Şəhidimiz İlkin Vəliyevin nənəsi Fəridə Vəliyeva İlkinin uşaqlıq xatirələrindən,özü könüllü olaraq vətənin azadlığı uğrunda gedən döyüşlərdə iştirakından və şəhidlik zirvəsinə ucalmağından danışdı. Şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova şəhidimiz İlkin Vəliyevin keçdiyi döyüş yolundan danışdı. Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva anım saatında iştirak etdikləri üçün İlkin Vəliyevin ailə üzvülərinə və tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirərək şəhidlərimizə allahdan rəhmət, qazilərimizə can sağlığı arzuladı. Sonda xatirə şəkli çəkildi.