17.05.2022
17.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində Kosalar kənd Mədəniyyət evi və Mədəni-maarif müəssisələri işçilərinin, Kosalar kənd tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə "Azad Şuşa" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru Tofiq Məmmədov açaraq Şuşa ili ilə bağlı geniş məlumat verdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı abadlıq quruculuq işlərindən bəhs etdi. Şuşanın 270 illiyi ilə bağlı silsilə tədbirlərin davam etdirildiyini qeyd etdi.Sonra məruzə ilə çıxış edən Kosalar kənd Mədəniyyət evinin metodisti Şamil Bağırov Şuşanın 270 illiyi ilə əlaqədar tədbirlər planının hazırlandığını və Mədəniyyət paytaxtı olan Şuşanın dünyada tanıdılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd etdi.Ulu Öndər Heydər Əliyevin Şuşa haqqında söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.Daha sonra Nizami Gəncəvi muzeyinin direktoru Könül Suleymanova çıxış edərək Mədəniyyət paytaxtı olan Şuşanın ölkəmizə görkəmli nümayəndələr bəxş etdiyini vurğuladı. Mədəniyyət beşiyinin bundan sonra da möhtəşəm tədbirlərə ev sahibliyi edəcəyini bildirdi.Sonda Muzeyin direktoru Tofiq Məmmədov tərəfindən hazırlanmış Xarıbülbül əl işi Nizami Gəncəvi muzeyinin direktoru Könül Suleymanovaya hədiyyə edildi.