Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər 12 saylı məktəbin şagirdləri Nizami muzeyinə ekskursiya ediblər

17.05.2022

18 may Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq Nizami Gəncəvi muzeyində “Muzeylərimizi Tanıyaq” adlı tədbir təşkil edildi.

Gəncə şəhər 12 saylı məktəbin şagirdləri Nizami muzeyində qonaq oldular. İlk öncə muzeyin ekspozisiya hissəsi ilə tanışlıq oldu. Nizami Gəncəvi muzeyinin direktor əvəzi Könül Süleymanova şagirdləri salamladı və əlamətdar günlə əlaqəli məlumat verdi.

Könül Süleymanova öz nitqində bildirdi ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.

Sonda məktəbin müəllim və şagird kollektivi muzey işçilərinə öz təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkdirdilər

 

67.4 KB

 

47.9 KB