Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şanlı Qələbə” adlı dəyirmi masa təşkil olunub

17.05.2022

17.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın gözəl guşələrindən olan Laçın rayonun işğalı və azad olunması ilə bağlı " Şanlı Qələbə" adlı dəyirmi masa təşkil olundu.
Tədbirdə Mədəniyyət Mərkəzinin və MİHİ Samux rayon Komitəsinin sədri Maviyə Hüseynova iştirak etdilər.Tədbir zamanı Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif çıxış edərək bildirdi ki, Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvəlləri tərəfindən işğal edilmişdi. Laçın rayonu tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-ll minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Mədəniyyət Mərkəzinin İnformasiya və texnologiya üzrə mütəxəsisi Məhərrəmova Məlahət çıxış edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapituliyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. İmzalanmış 3 tərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhfil verildi. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.

 

62.8 KB

 

68.2 KB