17.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 16.05.2022-ci il tarixində Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəblə billikdə Azərbaycanın Milli Qəhrəmanı Şəhid Şükürov Şahlar Əvəz oğlunun anadan olmasının 70 illiyi ilə əlaqədar “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq ” adlı xatirə gecəsi keçirdi. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək Milli Qəhrəman Şahlar Şükürovun həyat yolundan və qəhrəmanlığından söz açdı. 13 saylı tam orta məktəbin psixoloqu Qətibə Mustafayeva Şükürov Şahlar Əvəz oğlunun qəhrəmanlığından, şücaətindən və Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, ümumən şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. Şahlar Şükürovun yaxın qohumu olan Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova onun hələ uşaqlıqdan yüksəlişə, qəhrəmanlığa can atmasından gənc olaraq necə savadlı ziyalı biri olmasından danışdı. Uşaq Təşkilatının rəhbəri Qənifə Nağıyeva Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun qəhrəmanlıq salnaməsindən, keçdiyi döyüş yolundan danışaraq qeyd etdi ki, gənclər vətənpərvər olmalı, Vətənimizin azadlığı uğurunda şəhid olmuş vətən övladlarının xatirələrini daim uca tutmalıdılar. Kitabxanaçı Ruziyə Abbasova, Jalə İsmayılova Ulu öndər Heydər Əliyevin və hazırda onun yolunu şərəflə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin daima şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinə xüsusi qayğı göstərmək üçün çalışmasından danışdılar. Tədbirdə İşrirakşılardan VI c sinif şagirdlərindən Ayan Həsənova, Bağdagül İsmayılova, Tuncay Əliyev, Elcan Musayev, Çinarə Alıyeva, Minarə İsayeva şəhidlər haqqında təqdimatlar ,şeirlər, bayatılar söylədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.