Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Arzular şairi” adlı görüş təşkil edilib.

17.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında şair Zahir Şirani ilə “Arzuları şairi” adlı görüş təşkil edilib.

            Tədbirdə ilki olaraq Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

            Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktor əvəzi Fəridə Qədimova tədbiri açaraq qonaqların salamladı va şair Zahir Şiraniyə xoş arzularını dilədi.

            Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar Bölməsinin sədri Xəzangül Hüseynova, şair,  nasirşairpublisistdramaturqAzərbaycan Yazıçılar Birliyinin üzvü Qərib Mehdi, yazıçı, ictimai xadim Nüşabə Əsəd Mənmmədli, AYB Gəncəbasar Bölməsinin baş məsləhətçisi , şairə Aləmzər Əlizadə, şair İqbal Baba, Hökməli Əliyev, Fatma İmamquliyeva, İmamverdi Məmmədov, Almaz Yusifqızı, yazıçı, dramaturq Sahib İbrahimli, Müşfiq Dağlaroğlu, “Новости Гянджы» qəzetinin əməkdaşı Fatma Cəfərova, “Gəncənin səsi” qəzetinin əməkdaşı Fərruxə Umarova, İnqilab İsaq, İmam Cəmilli, şairin yaxın dostu Şakir Əlizadə, Eltun Türkel, jurnalist Firəngiz İdrisqızı, Seymur Zaman, Zülfiyyə Yaqub, Oktay Abdulla, Minayə Abdullayeva, Gəncə şəhər Mir Cəlal Paşayev ev muzeyinin direktoru İradə İbayeva şairlə bağlı xatirələrdən, onun  yaradıcılığından, həsrət, nisgil dolu şeirlərindən danışıb şeirlərini ifa etdilər və ona yaradıcılıq uğurları arzu etdilər.

            Gəncə Dövlət Dram Teatrının aktyoru Mətləb Ərdəbili,Gəncə şəhər Fizika,Riyaziyyat və İnformatika təmayüllü litseyin şagirdləri, MKS-nin kitabxanaçıları Tərifə Abbasova, Risalə Həsənova, şair Zahir Şiraninin nəvəsi Leyla Quluzadə şairin şeirlərini ifa etdilər.

            Sonda çıxış edən şair Zaghir Şirani təşkilatçılıq üçün MKS-nin direktor əvəzi Fəridə Qədimovaya və kitabxananın kollektivinə, yazıçı və şairlərə, yaxın dostlarına öz təşəkkürünü bidirdi və ilk olaraq belə gözəl tədbirin məhz kitabxanada təşkilindən məmnunluq duyduğunu bildirdi və bir neçə şeirini səsləndirdi. Fatma xanım Cəfərova öz ifasında “Qaragilə” mahnisi ilə şairi təbrik etdi.

            Sonda Gəncə Regional Mədəniyyət İdarəsi Mərkələşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova çıxış edərək bütün iştirakçılara təşəkkürünü bildirərək bu kimi tədbirlərin silsilə şəklində davam edəcəyini bildi5rdi və şairə yeni yaradıçılıq uğurları arzuladı.

 

57.5 KB

 

58.2 KB