16.05.2022
16.05.2022-ci il tarixində Nizami Gəncəvi muzeyində “Qarabağ Azərbaycandır!” mövzusunda tədbir təşkil edilmişdir.
Gəncə şəhər 41 saylı məktəbin şagirdləri ilk öncə muzeyin ekspozisiya hissəsini gəzmişdilər.Muzeyin bələdçisi Ləman Abdullayeva şagirlərə ekskursiya keçmişdir.
Daha sonra şagirdlər muzeydə yerləşən Nizami Gəncəvinin heykəlinin önündə Şuşa ilə əlaqədar şeirlər söyləmişdilər və muzeyin direktor əvəzi Könül Süleymanova Şuşanın Azərbaycanın ən gözəl guşələrindən olduğunu füsünkar təbiətinin hər kəsi heyran etdiyindən danışmışdır.Şuşanın çiçəklənməsindən şəhərin XVIII əsr tarixindən də məlumat verilmişdir.
Sonda məktəbin ibtidai sinif müəlliməsi Sevinc Əliyeva muzey rəhbərliyinə təşəkkürünü bildirmişdir. Xatirə şəkilləri çəkdirilmişdi.