Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ədəbi məktəb yaratmış ölməz sənətkar” başlığı altında tədbir keçirilib

16.05.2022

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı XVIII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi ilə əlaqədar “Ədəbi məktəb yaratmışölməz sənətkar” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, Azərbaycan poeziyasında realizm janrının banisi, həm klassik üslubda, həm də xalq yaradıcılığıüslubunda şeirlər yazmış, Azərbaycan poeziyasıının görkəmli nümayəndələrindən biri Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir. Bu gün doğma yurdumuz Qarabağın dilbər guşəsi Şuşada Vaqifin məqbərəsinin  yenidən bərpa olunması sevindirici haldır. Hər il Şuşada “Vaqif poeziya günləri”nin, “Xarıbülbül” festivalının keçirilməsinəzərdə tutulur. Bu günləri bizə bəxş edən Ali Baş Komandanımız cənab İlham Əliyevə, ordumuza, qədirbilən xalqımıza vəəlbətdəki şəhidlərimizə, qazilərimizə minnətdarıq.

Tədbir Azərbaycanın suverenliyi vəərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuşşəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra söz çıxışçılara verildi. TədbirdəPrezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının dosenti Qvami Qazıyev“Molla Pənah Vaqıf yaradıcılığı Azərbaycan milli intibah poeziyasının ən gözəl nümunələrindən biridir”, Gəncəşəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin Azərbaycan dili vəədəbiyyatı müəllimi Gülşən Hüseynova “Ədəbiyyatımızda Molla Pənah Vaqif obrazı” başlığı altında çıxış etdilər. Tədbirdə iştirak edən GəncəDövlət Universitetinin Azərbaycan dili vəədəbiyyatı müəllimi fakültəsinin III kurs tələbələri və M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin VI sinif şagirdləri görkəmli şairin yaradıcılığından nümunələr səsləndirdilər. Tədbirin sonunda filialın müdir əvəzi Şəhla İlyasova çıxışçılara öz minnətdarlığını bildirib tədbiri yekunlaşdırdı.

 

303.6 KB

 

295.4 KB