Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Cəmiyyətin qurucuları ailədə yetişir ” başlığı altında söhbət kecirilib

16.05.2022

14.05.2022.ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialında Beynəlxalq Ailə günü münasibəti ilə ,, Cəmiyyətin qurucuları ailədə yetişir " başlığı altında söhbət kecirildi. Tədbirdə 13 saylı məktəbin müəllim və şagirdləri , fəal oxucular işdirak edirdi. 5 saylı kitabxana filialının böyük kitabxanaçısı Həsənova Nazilə çıxış edərək qeyd etdi ki BMT Baş  məclisinin 1993 il 20 sentiyabr tarixli qətnaməsinə əsasən hər il mayın 15 bütün dünyada beynəlxalq ailə günü kimi qeyid olunur. Cəmiyyətin ayrılmaz tərkib hissələrindən biridə ailədi, cəmiyyət inkişaf etdikcə onunla birlikdə davranış normaları və qanunlar , ailə üzvülərinin rolu , uşağın tərbiyə olunmasının forma və metodları da dəyişir. Çağlayan mənəviyyat bulağımız olan "Kitabi - Dədə    Qorqud " dastanında ana haqqı tanrı haqqı sayılmışdır. Valideyin haqqını bilməyən insan nə vətən, nə torpaq qədri bilməz. Cəmiyyətdə hörmət və nüfuz sahibi ola bilməz.

13 saylı məktəbin müəlliməsi Mürşüdova Tamella mövzu ətrafında çıxış edərək bildirdiki valideyinlər uşaqların tərbiyəsində soykökümüzə arxalanr. Azərbaycan nağıllarından , qəhrəmanlıq dastanlarlndan, xalqımızın yüksək qiymətləndirdiyi keyfiyətləri oğlan və qızlarmıza aşılayırlar. Gələcəyimiz olan gənclər ilk nöbədə ailədə sonra isə cəmiyyətdə tərbiyə olunur.

 

77.4 KB

 

96.4 KB