16.05.2022
14.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü Samux rayon Heydər Əliyev Mərkəzi və Kürdəmir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "15 may Beynəlxalq Ailə günü" ilə əlaqədar olaraq təşkil edilmiş "Şəhid böyüdən ailələr" mövzusunda onlayn konfrans keçirilmişdir. Tədbir tariximizə Zəfər sözünü öz qanları ilə yazan şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlandı və qazilərimizə şəfa diləndi. Giriş sözü ilə başlayan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bütün konfrans iştirakçılarını salamladı. O öz çıxışında bu günün əhəmiyyətindən və "Şəhid böyüdən ailələr" mövzu adının təsadüfən seçilmədiyini vurğuladı. Şəhidlərimizin özlərindən sonra yüzillər boyunca dillərə dastan qəhrəmanlıqlarından danışdı. Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova Azərbaycan Respublikasının Ali baş komandanı İlham Əliyevin ətrafında xalqın bir yumruq kimi çevrilib düşməni əzməsindən və bu birlik nəticəsində qazanılan Zəfərin qürurundan bəhs etdi. Kürdəmir rayonundan şəhid gizir Cəmil Həşimlinin anası Simuzər xanım oğlunun qəhrəmanlıqlarından danışdı xatirələrini bölüşdü və qeyd etdi ki, ona görə xoşbəxt anadır ki, onun hər üç oğlu Qarabağımızın azad olunmasında düşmənlə üz-üzə döyüşə girib. Şəhidlik isə Cəmilə qismət olub. Simuzər ana oğluna döyüşdən öncə dediyi sözləri bizlərə çatdırdı və "oğullarıma dedim: öncə Tanrı qorusun sizləri. Əgər şəhid olacaqsınızsa sinəniz varkən kürəyinizdən vurmasın düşmən sizi!"
O, oğlunun tabutu açılan zaman qardaşının bacı başını dik tut oğlun ürəyindən vurulub" deməsi ilə nə qədər xoşbəxt ana olduğunu tədbir iştirakçılarına çatdırdı.
Çıxışları davam etdirən Nailə Həsənova, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Telli Nəsibova, Samux MKS-in Sarıqaya kənd filialının müdiri Tahirə Abbasova, Samux rayon Qarabağlar kənd tam orta məktəbin psixoloqu İlkanə Abbasova öz çıxışlarında hər bir şəhidimizin keçdiyi mərdlik, igidlik, cəsurluq yolunun geniş şəkildə təbliğinin önəmindən, torpaqları öz canları bahasına azad edib xalqının tarixinə yazdığı şanlı səhifələrindən bunu bütün dünyaya tanıtmağın, Azərbaycan qadının böyüklüyünü, Azərbaycan ailəsinin sarsilmazlığını nümunə olaraq təqdim edilməsinin vacibliyini vurğuladılar. Sonda şəhidin anası Simuzər xanım oğlunun döyüş ərəfəsində çəkdiyi videoları və şəkillərini paylaşdı.