14.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3saylı kitabxana filialı 14.05.2022-ci il tarixində Beynəlxalq ailə günü munasibətilə "Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir"başlıqlı onlayn tədbir keçirdi.Tədbirdə kitabxananın fəal oxucuları və ailələri məktəbəqədər təhsil müəssəsinin müəllimi,2 nömrəli orta məktəbin müəllimi və şagirdləri,43 il birlikdə ömür sürmüş Məmmədovlar ailəsi iştirak edirdi.
Tədbirdə vətənimizin azadlığı uğrunda,müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra kitabxanaçı Kərimova Gunel bildirdi ki, 15 May Beynəlxalq ailə günü BMT-nin qətnaməsinə uyğun olaraq 1994-cü ildə ,Azərbaycanda isə bu bayram 2008-ci ildən qeyd olunmağa başlamışdır.Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında ,ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən ,ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən,zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edərək,bu tip tədbirlərin keçirilməsində əsas məqsədimiz gənclərə sağlam həyat tərzinin təbliğ olunmasıdır.Sonra söz 2 nömrəli orta məktəbin dil ədəbiyyat müəllimi Leyla Ramazanovaya verildi.O qeyd etdi ki,sağlam ailə sağlam cəmiyyət deməkdir.Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gun də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.
Sonra söz 43 il birlikdə ömür sürmüş Məmmədovlar ailəsinə verildi.Onlar qeyd etdilər ki,çox çətinliklərlə üzləşməklərinə baxmayaraq indiyənə kimi ailələrini qoruyub saxlamağı bacarmışlar. Onların keçdiyi həyat yolu tədbir iştirakçılarının böyük marağına səbəb oldu.Sonda kitabxananın fəal oxucusu 7 sinif şagirdi Əliyeva Ayanın ifasında öz istəyi ilə biz mehriban ailəyik musiqisi səsləndirildi.