14.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 13.05.2022-ci il tarixində Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Rəngarəng yaradıcılıq palitrasına malik sənətkar” adlı ədəbi-bədii gecə keçirdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva “Bəstəkar Rauf Hacıyevin həyat və yaradıcılığı ”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova “ Rauf Hacıyevin bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun böyük rolu”,təlim tərbiyə işləri üzrə direktor müavini Alıyev Rasim “Operetta janrının yeni nümunələrinin yaradıcısı”, təlim tərbiyə işləri üzrə direktor müavini Ələsgərov Rza “ Yaratdığı əsərlərində yaşayan bəstəkar”. psixoloq Qətibə Mustafayeva “Rauf Hacıyevin əsərlərinin insan psixologiyasına təsiri”, Azərbaycan dili ədəbiyyat müəllimələri Mərquşə İbrahimova “ Rauf Hacıyev . respublikamızda operetta janrın yeni səhifəsini açmışdır ” , Bahar Məmmədbəyli “Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar ”, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva “ Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamış Rauf Hacıyev”, Məktəbin kitabxanaçısı Ruziyə Abbasova “ Rauf Hacıyevin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürü”, kitabxanaçı Jalə İsmayılova “ Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır” adlı çıxışlar etdilər. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin musiqi müəlliməsi Təranə Hacıyevanın Vc və VIc sinif şagirdləri ilə birlikdə hazırladığı bəstəkar Rauf Hacıyev “Azərbaycan”, “Samur” mahnıları xor şəkilində ifa edildi. Vasinif şagirdi Zeynalov Nurhanın tarda "Gənclik marşı", "Bahar gəlir"mahnılarını ifa etməsi iştirakçılarda xoş təsurat oyatdı. Sonda VIIId sinif şagirdi Şəhla Baxşəliyeva “Əhməd haradadır” kinofilmindən “Üzüm” rəqsini ifa etdi.