Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”2022-ci il Şuşa ili” çərçivəsində ”Yolumuz Şuşayadır” adlı tədbir keçirilib

14.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "2022-ci il Şuşa ili" çərçivəsində "Yolumuz Şuşayadır" adlı tədbir keçirildi.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri, musiqi məktəblərinin rəhbərləri və digər qonaqlar iştirak etmişdir.

İlk öncə Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sərgidə sənət nümunələrinə baxış keçirildi.

Sonra Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şixiyeva tədbiri açıq elan edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Tədbirdə məktəbin şagird və müəllimlərinin ifasında vətənpərvərliyi, Şuşanın gözəlliklərini tərənnüm edən musiqi nömrələri səsləndirildi. Tamaşaçıların alqışları "Qarabağ Azərbaycandır" şüarı ilə tədbir sona çatdı.

 

60.1 KB

 

73.6 KB

 

68.3 KB