Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşanın məşhurları” adlı sərgi təqdim edilib

13.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialının əməkdaşları Prezident İlham Əliyevin 5 yanvar 2022- ci il tarixli sərəncamına əsasən  2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan olunması ilə əlaqədar "Şuşanın məşhurları" adlı sərgi hazırladı.Sərgidə Azərbaycan musiqisinin banisi,dahi bəstəkar Üzeyir bəy Hacıbəyli, vokal sənətinin banisi Bülbül,dahi dirijor Niyazi , Qasım bəy Zakir,Xurşudbanu Natəvan ,Molla Pənah Vaqif,Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev,Yusif  Çəmənzəminli ,Firuddin bəy Köçərli,Rəşid Behbudov,Xan Şuşinski və digər görkəmli şəxsiyyətlərin kitabları,haqqında kitablar ,eləcə də dövrü mətbuatda dərc olunan məqalələr nümayiş olunmuşdu.Sərgini böyük kitabxanaçı Könül Mirxudayeva aparlrdı. Kitabxanaçı əvvəlcə Azərbaycanın Mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin dünəni və bugünü haqqında danışdıqdan sonra  iştirakçılara sərgilənən kitablar haqqında geniş məlumat verdi.Tədbirdə Bülbül adına 3 saylı musiqi məktəbinin şagirdləri iştirak edirdi.

 

147 KB

 

177.3 KB