Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin Uşaq şöbəsinə ekskursiya

01.05.2018

01.05.2018-ci il tarixində Gəncə şəhər Nizami Gəncəvi adına 11, N.Rəfibəyli adına 43 və Göygöl rayon 110 saylı məktəbin bir qrup müəllim və şagird kollektivi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin Uşaq şöbəsinə ekskursiya etdilər. Kitabxananın şöbə müdiri Ellada Rəhimova uşaqları kitabxana ilə, kitabxana qaydaları ilə tanış etdi. Onlara kitabxanada təşkil olunmuş kitab sərgiləri haqqında məlumat verdi. Şagirdlər nağıl güşəsində oldular. Uşaqlar yeni alınmış kitablarla tanış oldu və kitabxanaya üzv yazıldılar.

Sonra məktəblilər Miniatür Kitab Muzeyinə ekskursiya etdilər. Eskursiya çərçivəsində şagirdlərə müzey haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Gəncə Miniatür Kitab Muzeyi 2016-cı iı may ayının 21-də açılmışdır. Müzeydə hal-hazırda dünyanın 29 ölkəsində nəşr olunmuş 1079 miniatür kitab sərgilənir. Azərbaycan, Turkiyə, Rusiya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablar mövcuddur. Müzeyin ən kiçik kitabı “Moy Baku”, ən qədim kitabı isə Səudiyyə Ərəbistanında 1672-cı ildə nəşr olunmuş 524 səhifədən ibarət “Qurani Kərim”dir. Vərəqləri qızıl suyuna batırıldığı üçün nəşr olunduğu gündən necə varsa eləcə də qalıb.Qeyd edildi ki, Miniatür Kitab Muzeyi Azərbaycanin dörd bölgəsində Bakı, Naxçıvan, Gəncə və Şəki şəhərindədir. Hal- hazırda bu dörd müzeyin kitab fondunda 8000-ə yaxın müxtəlif mövzularda miniatür kitab sərgilənir. Bildirildi ki, muzey 1 oktyabr 2014-cü il tarixdən miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi "Ginnes Dünya Rekordları" kitabına daxil edilmişdir.

Ekskursiya məktəblilərin böyük marağına səbəb oldu və xoşlarına gəldi.