Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Ailə gününə həsr olunmuş video konfrans təşkil edilib

13.05.2022

13 may 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Ailə gününə həsr olunmuş video konfrans təşkil edildi. Tədbirdə Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin tədris işləri üzrə müavini İsgəndərova Kəmalə, Respublika Yazıçılar birliyinin üzvü şair, yazıçı Yusifov Xasay, Çobanabdallı kənd  Hüseyn Zərdabi adına tam orta məktəbinin sabiq müəllimi  Məmmədov Ramazan, Mədəniyyət Mərkəzi və filiallar iştirak etdi.
Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. O, bildirdi ki,15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunması planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Ulu Öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. 
Tədbirlərdə çıxış edənlər  milli-mənəvi dəyərlərin qorunaraq gələcək  nəsillərə ötürülməsi, valideyn məsuliyyəti, ailədə asayişin qorunması, uşaqların vətənpərvər, böyüklərə hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması mövzularında dəyərli fikirlər söylənilib, müzakirələr aparılıb.Yaşlı nəsilin nümayəndəsi şair Yusifov Xasay həyat təcrübələrindən danışıb, yeni qurulan ailələrə və gənclərə öz nəsihət və tövsiyələrini verdi.
Sonda qeyd edilib ki, sağlam ailə sağlam cəmiyyət deməkdir. Müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, nümunəvi ailələr təbliğ olunmalı, yeni ailə quracaq gənclər bu sahədə maariflənməlidirlər.

 

59.4 KB