13.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Uşaqlara dair stradegiyanın həyata keçirilməsi məqsədilə” “Kitabxana açıq havada” adlı mütaliə saatı təşkil etdi. Açıq havada sərgilənən kitablar arasında müxtəlif yaş qruplarına aid kitabxanaya daxil olan yeni kitablar, bədii ədəbiyyat, uşaq ədəbiyyatı, xarici ədəbiyyat, Azərbaycan milli-mənəvi dəyərlərinə və vətənpərvərlik mövzusuna aid olan ədəbiyyatlar nümayiş olundu. Uşaq şöbəsinin kitabxanaçısı Kifayət Sadıqova sərgilənən kitablar haqqında iştirakçılara ətraflı məlumat verərək,onların bütün suallarını cavablandırdı. Tədbiri keçirtməkdə əsas məqsədimiz uşaq və yeniyetmələri kitaba, mütaliəyə həvəsləndirmək, kitabxanaya cəlb etmək və onların maariflənməsini təmin etməkdir.