Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq artisti, səhnəmizin Cahandar ağası Ələddin Abbasovun anadan olmasından 100 il ötür sənətkarın ailə üzvləri və teatrın kollektivi onun məzarını ziyarət ediblər

13.05.2022

Uzun illər Gəncə Dövlət Dram Teatrında çalışmış görkəmli sənətkar, Xalq artisti, səhnəmizin Cahandar ağası Ələddin Abbasovun anadan olmasından 100 il ötür. Bununla əlaqədar bu gün Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı, sənətkarın ailə üzvləri və teatrın kollektivi onun məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər, ruhuna dualar oxuyublar.

Doğma kollektiv tərəfindən görkəmli sənətkarın xatirəsi anılıb, onun yaradıcılığı haqqında bəhs olunub. Bildirilib ki, Ələddin Abbasovun yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Ələddin Abbasovun aktyorluq təhsili olmasa da xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmə malik olub. Yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

13 may 2022-ci tarixində 18:30-da səhnəmizin unudulmaz korifeyinin 100 illik yubileyi münasibətilə Gəncə Dövlət Dram Teatrının yeni binasında "Ələddin Abbasov 100 illik yubiley" tədbiri keçiriləcəkdir.

 

100 KB

 

86.4 KB