Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətənə sevgi ailədən başlayır”başlığı altında dəyirmi masa keçirilib

13.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 nömrəli kitabxana filialı 13.05.2022- ci il tarixində Beynəlxalq Ailə günü ilə bağlı "Vətənə sevgi ailədən başlayır"başlığı altında dəyirmi masa keçirdi.Tədbiri kitabxanaçı Aidə Abdullayeva açıq elan edərək bildirdi ki, 15 May Beynəlxalq Ailə Günü BMT-nin qətnaməsinə uyğun olaraq 1994 -cü ildən,Azərbaycanda isə bu bayram 2008- ci ildən qeyd olunur.Ulu öndər Heydər Əliyev  milli- mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir:"Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur".
Sonra Abdullayeva Aidə qeyd etdi ki, mütəmadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir.Biz gəncləri  yaşlılara hörmət ruhunda tərbiyə etməli, ailədə sülh və dözümlülük mədəniyyəti, sağlam həyat tərzi təbliğ etməliyik.Sonra tədbir iştirakçılarına belə bir suallar ünvanlandırıldı:1."Müasir ailələri necə görmək istərdiniz?".2."Ailədə hər iki valideynin boynuna düşən öhdəliklər".3." Ailələrə kənar müdaxilələrin nəticələri".4."Ailədə Vətənə sevgini necə aşılamalı?" Bu suallar ətrafında tədbir iştirakçıları öz fikirlərini bildirdilər.Sonda gəncərə ağbirçək Firuzə xanım öz məsləhətlərini verdi.

 

171.1 KB

 

158.7 KB