12.05.2022
11.05.2022ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Füzuli kənd kitabxanası Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi ilə bağlı "Al Bayrağım" başlığı altında dəyirmi masa keçirdi. Tədbirdə Füzuli kənd orta məktəbin şagirdləri iştirak etdilər. Füzuli kənd kitabxana filialının müdiri Ağayeva Bahar şair Əhməd Cavadın həyatından söhbət açdı. Azərbaycan şairi Əhməd Cavad Axundzadə 1892 ci ildə Şəmkirin seyfəli kəndində anadan olub. Erkən yaşlarda atasını itirən şair ilk təhsilini mollaxanada alır.Sonra isə ailəsi Gəncəyə köçür. O, buradakı Şah Abbas məscidinin nəznində fəaliyyət gösdərən ruhani seminariyasında təhsil alır. O ilk şeirlərinidə seminaryada oxuyarkən qələmə alır. Füzuli kənd kitabxana filialının kitabxanaçısı Namazov Elmira şair Əhməd Cavadın yaradıcılığından söhbət açdı. 1958ci illərdə Əhməd Cavadın "Şeirlər", 1961ci ildə " Sən ağlama,Mən ağlaram" kitabları çap olunur. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan bu yolda xalq düşməni damğası ilə güllələnən Əhməd Cavad zaman gəldi ki , xalqın qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Sonra isə Füzuli kənd orta məktəbinin şagirdləri şairin "Al Bayrağım", "Susmaram" adlı şeirlərini səsləndirdilər.