11.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı məktəblilərin mütaliə maraqlarının artırılması, kitabxanaya yeni oxucuların cəlb olunması məqsədilə “Sevimli kitablarımız” başlığı altında sərgi təşkil etdi. Sərgini məktəblilərə 15 saylı filialın böyük kitabxanaçısı Səkinə Kərimova təqdim etdi. Sərgidə yer alan Həsən Mehdiyevin “Ovçu Səməndərin hekayələri”, Sabir Məmmədzadənin “Nənəmin nağılı”, Cəlil Məmmədquluzadənin “Quzu”, “Danabaş kəndinin əhvalatları”, Dədə Qorqud dastanları, “Qanturalı boyu”, “Bamsı Beyrəyin əsir düşməsi boyu”, Səməd Behrənginin “Balaca Qara balıq”, Əsrarəngiz Misir nağılları, Belarus uşaq ədəbiyyatı antologiyası, Yurd içində gəzişmələr, Tatar nağılı “Üç öyüd” və sair kimi kitablar məktəblilərin marağına səbəb oldu. Tədbirin sonunda iştirakçılar sərgilənən kitablardan oxumaq üçün kitabxanaçıya müraciət etdilər.