Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa Azərbaycanın tarixi və mədəniyyət incisidir” başlıqlı   ədəbi-bədii gecə keçirilib

11.05.2022

11.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Ticarət  və Xidmət üzrə  Gəncə Dövlət Peşə Təhsil Mərkəzində  "Şuşa ili" ilə bağlı "Şuşa Azərbaycanın tarixi və mədəniyyət incisidir" başlıqlı   ədəbi-bədii gecə keçirdi. Ədəbi-bədii gecəni kitabxana filialının müdiri Rahilə Qasımova açdı.
Tədbir iştirakçıları Şuşanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.  Rahilə Qasımova  "Şuşa ili" və Şuşanın  tarixi haqqında tədbir iştirakçılarına məlumat verdi.
Ədəbi-bədii gecədə Az.TU-nin ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi, filoloq Zəminə  Novruzova,  Filologiya  elmlər doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Xuraman Hümmətova, YB-nin  üzvü, Gəncə YB baş məsləhətçisi, şairə, dramaturq Aləmzər Əlizadə və həmin məktəbin Tədris İstehsalat İşləri üzrə direktor müavini Zaur Əliyev çıxış etdilər.  Tədbirdə  Şuşanın tarixi və ədəbi mühiti, həmçinin Şuşada vaxtı ilə fəaliyyət göstərən  ədəbi məclislər haqqında ətraflı məlumat verildi. Tədbirdə Şuşa qalasının uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmasından da  söhbət açıldı. Belə ki, Şuşa XVIII əsrin ikinci yarısından sonra sürətlə inkişaf etmiş və  Azərbaycanın  mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi.  Çıxış edənlər Şuşa ədəbi mühitindən Xurşidbanu Natəvan, M.P.Vaqif, Əhməd bəy Ağaoğlu, Y.V.Çəmənzəminli,
 F.Köçərli, M.M.Nəvvab, Ə.Haqverdiyev və başqaları  haqqında ətraflı məlumat verdilər.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Şuşa  ümumittifaq  səviyyəli kurort şəhərinə çevrildi. Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti  və incəsənəti ilə yaxından tanış olurdular. Çıxış edənlər həm də Şuşanın Azərbaycanın  mədəniyyət paytaxtı elan edilməsindən, 44 günlük Vətən müharibəsində  xüsusi təyinatlı qüvvələrimizin  göstərdiyi peşakarlıq, cəsarət, rəşadət nəticəsində Qarabağın baş tacı Şuşanın azad edilməsindən ətraflı danışdılar.
Tədbirdə T. Hacıyev adına Gəncə şəhər 2 saylı musiqi məktəbinin şagirdi Sevinc Ömərova, Tunar Cəfərov  "Şuşanın dağları" və "Qarabağ şikəstəsi"ni ifa etdilər. Onları  həmin məktəbin müəllimləri tarda Ramin Qasımov, kamançada Şəlalə  Kərimova, nağarada Nazir Zeynalov müşayət etdilər.
19 saylı tam orta məktəbin şagirdi Aysel Əlizadə Xurşidbanu Natəvanın qəzəllərini və 24 saylı məktəbin şagirdi Nuray  Quliyeva isə M.P. Vaqifin şeirlərini söylədilər. Sonda "Şuşanın tanınmış şəxsiyyətləri" adlı videoçarx nümayiş etdirildi.

 

86.6 KB

 

46 KB

 

53.8 KB