Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İstiqlal şairi” başlıqlı dəyirmi masa keçirilib

11.05.2022

11.05.2022- ci il tarixində  Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin  11 saylı kitabxana filialında şair, tərcüməçi, Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə  “İstiqlal şairi” başlıqlı dəyirmi masa keçirildi.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq Əhməd Cavadın  həyat və yaradıcılığı haqqında məlumat verdi. Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil aldığı illərdə maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. "Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir.
            Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini - "Azərbaycan marşı"nı yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir
Daha sonra Gəncə Dövlət Rəsm Qalereyasının baxıcısı Gülnar Cümalıyeva çıxışında bildirdi ki, 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.
 Əhməd Cavad ömrü milli dövlətçiliyimizin və ədəbiyyatımızın tarixi yaddaşında yol gedir. Şairin yaratdığı ədəbi-ictimai və estetik ənənələr bu günün yaddaşına, gəncliyin şüur və məfkurəsinə ötürülür. Əhməd Cavad ömrü xatirələrdə, xalqımızın rəşadətli tarixində yaşayır. 

 Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşları və  Azərbaycan Texnologiya Universitetinin  tələbələri iştirak etdi.

 

210.7 KB