11.05.2022
10.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində Nizami Gəncəvi muzeyinin direktoru Könül Suleymanova, Xocalı rayon Kosalar kənd icra nümayəndəliyinin baş mühasibi Vasif Bağırov, Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov, Mədəni-maarif müəssisələrinin işçiləri,Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyevin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə "UNUDULMAZ LİDER" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Tofiq Məmmədov Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi.Daha sonra məruzə ilə muzeyin bələdçisi Xatirə İsmayilova çıxış etdi.Nizami Gəncəvi muzeyinin direktoru Könül Suleymanova çıxışında Ulu öndərin ölkəmizə rəhbərliyindən, müasir Azərbaycan dövlətinin memarı və qurucusu haqqında geniş məlumat verdi.
Daha sonra məktəblilərin iştirakı ilə bədii kompozisiya nümayiş etdirildi.
Sonda tədbir iştirakçılarının iştirakı ilə Gəncə şəhərində Heydər Əliyev Mərkəzi ziyarət edildi.Xatirə şəkilləri çəkdirildi