11.05.2022
11.05.2022- ci tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abonement şöbəsi 2022-ci ilin"Şuşa ili" elan edilməsi ilə əlaqədar " Şuşa ili- Zəfərimizin tarixi” adlı sərgi keçirdi. Kitabxanaçı İlahə Nəbizadə Şuşa haqqında məlumat verərək bildirdi ki, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu il ölkəmiz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcək.1992-ci ildən bəri işğal altında olmasına baxmayaraq Şuşa öz Azərbaycan ruhunu saxlaya bilmişdi. Kitabxanaçı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyini və həmin günün hər il Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini də xüsusi ilə vurğuladı.
Sərgidə Şuşa şəhərinin tarixi ”Zəfər günü”,” Şuşa –Azərbaycanın mədəniyyət və tarixi incisidir”, “Yaqub Mahmudov Şuşa Pənahabad “, Firudun Şuşinski Şuşa”, ”Şuşa nəğmələri”