30.04.2018
Nizami yurdunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının hər dörd günündə ifa olunan möhtəşəm əsərlər ilə yaddaşlarda daimi olaraq qalacaq.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışaraq qeyd edib ki, şəhərimizin həyatında əlamətdar hadisə baş verir. Şəhər rəhbəri bildirib ki. Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə, gəncəlilərə olan diqqət və qayğısı sayəsində Nizami yurdu gündən-günə inkişaf edir, tarixini, keçmişini, memarlığını qorumaqla müasirləşir, gəncləşir.
Şəhərimiz artıq beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini deyən Elmar Vəliyev xüsusi vurğulayıb ki, Gəncədə 2013-cü ildə Madrid klubunun, Beynəlxalq Nizami Mərkəzinin üzvlərinin iştirakı ilə böyük forumlar keçirilib. 2016-cı ildə şəhərimiz Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin paytaxtı olub. Gələn ildə isə Gəncənin Avtopanın İdman Şəhəri nominasiyasına namizədliyi irəli sürülüb.
Elmar Vəliyev vurğulayıb ki, Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Zəriflik” Festivalının Gəncənin mədəni həyatına yeni nəfəs, yeni həyat gətirib.