Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə keçirilən beynəlxalq elmi-praktiki konfrans məruzələrlə davam edib

16.11.2017

Gəncə şəhər Məhsəti Mərkəzində “Gəncə Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı 2017” layihəsi çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin dövlət və milli kitabxanalarının nümayəndə heyətləri “Azərbaycanda multikulturalizm: tarixi təcrübə və müasirlik” və “Mədəni irsin təbliği və qorumasında kreativ və innovativ layihələrdən istifadə” mövzularında çıxış ediblər.

Konfransı açıq elan edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  müavini Sevda Qurbanəliyeva iştirakçıları salamlayaraq Azərbaycanın dahi şairi Məhsəti Gəncə Mərkəzində görməkdən məmnun olduğunu bildirib. Sevda Qurbanəliyeva  qeyd edib ki, Gəncə son illərdə bir sıra beynəlxalq layihələrə ev sahibliyi etməklə bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib.

Belarus Milli Kitabxanasında İstifadəçi Xidmət və İdeoloji Direktorunun birinci müavini Dolqopolova Yelena Yeremeyevna “Belarus Milli Kitabxanasının ölkənin mədəni irsinin qorunması üzrə fəaliyyəti: Belarusiya kitab çapının 500 illiyinə həsr olunmuş tədbirlər kompleksinin nümunəsi”, Belarus Milli Elmlər Akademiyasının Yaqub Kolas adına Mərkəzi Elmi Kitabxananın tədqiqat üzrə direktor müavini Drozd Oksana Mixaylovna “Akademik Kitabxana və onun mədəni irsin qorunmasında rolu”, Gəncə Dövlət Universitetinin Rus dili kafedrasının dosenti Sevda Əliyeva “Mirzə Şəfi Vazeh yaradıcılığı və multikulturalizm”, 4 saylı orta məktəbin rus dili və ədəbiyyat müəllimi Laura  Haciyeva “Nizami yaradıcılığında multikulturalizm”, Qazaxıstan Respublikasının Milli Kitabxanasının Kitabxana İşləri üzrə direktor müavini Ospanova Bahıtcamal Xeyirbəyovna “Qazaxstan Milli Kitabxanasının ölkənin milli mədəni irsinin təbliğində rolu”, Qırğızıstan Respublikasının Alığül Osmonov adına Milli Kitabxanasının direktor müavini Baytakova Gülnarə Qalıbayevna “Multikulturalizm və Qırğızıstanın ictimai kitabxanaları”, M.Ş.Vazeh adına 16 saylı orta məktəbin rus dili və ədəbiyyat müəllimi Nina Hüseynova “Xalqların mədəni dəyərlərin qorunmasında Nizami Gəncəvinin yaradıcılıq irsinin rolu”, ADAU-nun multikulturalizm və sosial elmlər kafedrasının müəllimi Fazilə Əliyeva “Xalqların qədim milli mədəniyyətinin qorunmasında yaradıcı və innovativ layihələrin rolu”, B.N.Yeltsin adına Prezident Kitabxanasının elmi-metodik xidmətinin rəhbəri Alekseyev Stanislav Leonidoviç "Prezident kitabxanasının elektron fondunda sənədli abidələrin yeni həyatı”, Udmurtiya Respublikasının Milli Kitabxanasının direktoru Tensina Tatyana Vladimirovna “Udmurtiya xalqlarının mədəni mətbuat irsinin tərcümə forması”, Minyatür Kitab Sevərlərin Moskva Klubunun üzvü Kostyuk  Yaroslav Nikolayeviç “Rusiyada miniatür kitabxanasının tarixi”, V. İ. Lenin adına Ulyanovsk vilayətinin Elmi Kitabxanasının direktoru Naqatkina Svetlana Valentinovna “Ulyanovsk vilayətində "Qirayət  zamanı" regional proqramı çərçivəsində qiraəti təşviq edən layihələr”, B.N.Yeltsin adına Prezident Kitabxanasının elmi-metodik xidmətinin rəhbəri Alekseyev Stanislav Leonidoviç “Prezident kitabxanasının elektron fondunda sənədli abidələrin yeni həyatı”, Tacikistan Respublikası Elmlər Akademiyasının İndira Qandi adına Mərkəzi Elmi Kitabxananın direktoru Sufiyev Şodiməhmət Zikriyoyeviç “Keçmiş və indiki ənənəvi mədəniyyət sistemində Kitabların yeri”, Gəncə Mərkəzi Kitabxansının kitabxanalararası abunə şöbəsinin müavini Vüsalə Hüseynova “Gəncə şəhər uşaq kitabxanasının iş təcrübəsi nümunəsində uşaqlarla iş sahəsində innovasiya texnologiyalarının istifadəsi”, 1 saylı orta məktəbin ibtidai sinif müəllimi Ruhiyyə Əlizadə “İbtidai sinif şagirdlərində kitaba və mütaliəyə marağının aşılanması”, 14 saylı orta məktəbin 9-cu sinif şagirdi Səbinə Dəmirova “Kitabın həyatımızda rolu”, ATU-nun dillər kafedrasının rus dili müəllimi Leyla Vəkilova “Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılmasında kitabların rolu” mövzularında məruzə ilə çıxış ediblər.

Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri konsert proqramı ilə çıxış edib.