Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gül”bayramı munasibətilə ədəbi-bədii musiqili tədbir keçirilib

10.05.2022

10may 2022-ci il tarixdə Naftalan şəhər uşaq musiqi məktəbində Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 99-cu ildönümü və "Gül"bayramı munasibətilə ədəbi-bədii musiqili tədbir keçirildi.İlk öncə məktəbin direktoru Almaz Əliyeva cıxış edərək tədbiri açıq elan etdi,  sonra məktəbin müəllimi Gunel Məmmədova dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti dövründən bəhs etdi. Azərbaycanın Dövlət Himninin  məktəbin müəllimlərindən ibarət xor kollektivinin  ifasında səsləndirilməsi ,məktəbin xalq çalgı alətləri ansamblı,vokal qrupu,müxtəlif alətlərdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri,xalq mahnı və rəqslərindən ibarət fərdi ifa və çıxışlar valideynlər və tədbir iştirakçılarında xoş təəssürat yaratdı.

 

98.9 KB

 

74 KB

 

105.3 KB