10.05.2022
10.05.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı Şəhər kitabxana filialı Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq “Müasir Azərbaycan memarı”mövzusunda onlayn tədbir keçirildi.Tədbiri giriş sözü ilə 1 saylı şəhər kitabxanasının müdiri İsmayılova Şəbnəm açaraq Ulu Önədər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.Tədbirdə Kəlbəcər rayon Arxiv İdarəsinin müdiri Sadıqov İbrahim,Laçın rayon Nərmaniyə kənd tam orta məktəbinin tarix müəllimi Aynur Quliyeva,Uşaq şöbəsinin müdiri Günel Qasımova,Mərkəzləşdirilmiş Kitabaxan Sisteminin direktoru Sadiqə Quliyeva çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsindən, Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmasından danışdılar.Tədbirdə Kəlbəcər rayon 9 saylı tam orta məktəbin şagirdləri Ulu Önədər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər