10.05.2022
10.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları Samux rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş konsert proqramında iştirak etdilər. Tədbirdə əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbirdən öncə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fədaetmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib qazilərə şəfa diləyiblər.
Tədbirdən sonra Mədəniyyət Mərkəzində "Dahilər Ölmür" adlı masa söhbəti təşkil olundu. Tədbirdə Mərkəzin işçiləri və Mədəniyyət İdarəsi Samux rayon üzrə Həmkərlar İtifaqının sədri Maviyə Hüseynova da iştirak etdilər. Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif bildirdi ki, qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət qurucululuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Həmkarlar komitəsinin sədri Maviyə Hüseynova vurğuladı ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə və yüksək iradəçilik qabiliyyətinə malik olan, sadəliyi və səmimiliyi ilə seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərimizin güclü siyasətinin davamçısıdır. Mədəniyyət Mərkəzinin müşayətçisi Şəlalə Tağıyeva çıxışın sonunda qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.