10.05.2022
10.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibəti ilə “Uşaqların sevimlisi” adlı şeir saatı keçirdi.
Tədbir Samux rayon M.Ə.Sabir adına 1 saylı litsey məktəbin məktəbəqədər hazırlıq sinifi ilə birgə keçirildi.
Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz bir tarixdir və hər zaman bu tarix xatırlanacaqdır.
Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və uşaqların ən böyük himayədarı idi. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub. Ümummilli Lider deyirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdir.
Körpə fidanlar Ulu Öndərə aid şeirlər və mahnılar səsləndirdilər.