Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şanlı Qələbə ”adlı dəyirmi masa keçirilib

10.05.2022

 Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çobanabdallı kənd kitabxana filialı Diyarşünaslıq evinin kollektivi , Çobanabdallı kənd orta məktəbinin müəllim və şagirdlərin iştirakı ilə 9 may Qələbə günü münasibətilə "Şanlı Qələbə "adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Fatma Əsgərova açaraq bildirdi ki, bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan ikinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Azərbaycan faşizm üzərində qələbəyə sanballı töhvələr verib. Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb.Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130 -dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.170 -dən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Sonra Diyarşünaslıq evinin işçisi Asif Məmmədov öz növbəsində qeyd etdi ki, İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxunu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşür. Azərbaycan Berlində alınması zamanı, Almaniya səmasında cövlan eden 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb. Tədbirin sonunda Çobanabdallı kənd orta məktəbin şagirdləri Qələbə gününə aid şeirlər səsləndirdilər.

 

117 KB