Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xalqın böyük dahisi” başlıqlı şeir saatı keçirilib

10.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 10.05.2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Gəncə şəhər Səməd Vurğun adına 41 saylı tam orta məktəbdə "Xalqın böyük dahisi" başlıqlı şeir saatı keçirdi. Kitabxanaçı Qafarova Könül tədbiri açıq elan edərək, ulu öndərin Azərbaycan tarixində keçdiyi şərəfli həyat yolundan söhbət açdı.Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və ölkəmizin müstəqil dövlət kimi əbədi yaşamasının təminatçısı olduğunu hər birimiz çox yaxşı bilirik.Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır. Məhz buna görə Heydər Əliyevin anadan olduğu 10 may tarixi hər il ümumxalq bayramı kimi qeyd edilir. Yüksək milli-əxlaq nümunəsi olan Ümummilli liderimiz Heydər Əliyevin fenomenal irsi və mənalı həyat yolunun fəal təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə müraciət etməliyik və bu dahi insanın həyatının əbədi milli örnək kimi uşaq və yeniyetmələr arasında geniş təbliğ olunmasına çalışmalıyıq.
Tədbirin davamında məktəbin 5-ci sinif şagirlərinin ifasında "Ulu bir sərkərdə, ulu bir öndər", "Axtarır səni", "Dədə Heydər Atatürk", "Heydərdi", "O bizimlədir", "Vətən oğlu" şeirləri səsləndirildi.

 

125.6 KB

 

47.9 KB