09.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16№ - li kitabxana filialı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Qüdrətli dövlət quruculuğunun banisi” mövzusunda şeir saatı keçirdi.
Tədbirdə Gəncə şəhəri 32№ - li tam orta məktəbin şagirdləri iştirak edirdi.
Tədbirdən öncə Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva şagirdlərə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və zəngin fəaliyyəti, Gəncə şəhərinin tarixi keçmişi və bu günü ilə bağli geniş məlumat verdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş Mübarizəsinin qalibi kimi daxil olmuşdur. Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Heydər Əliyev böyük Azərbaycanlıdır. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarıdır.
32№ - li tam orta məktəbin müəllimi Vəfa Babayeva çıxış edərək bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Tədbir boyu 32№ - li tam orta məktəbin 4-cü sinif şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirləri və Ulu Öndərin müdrik kəlamlarını səsləndirdilər.
Sonda şagirdlər “Heydər babanın nəvələriyik” mahnısını ifa etdilər və Ulu öndər Heydər Əliyevə həsr olunmuş video-çarxa baxdılar.
Tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgi nümayiş olunurdu.