Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Biz Heydər babanın nəvələriyik” adlı onlayn oxucu konfransı  keçirilib

09.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 08.05.2022-ci il tarixdə “10 may- ümummilli lider, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum günü  münasibətilə “Biz Heydər babanın nəvələriyik” adlı onlayn oxucu konfransı  keçirdi.  Tədbirdə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi . MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdi. MKS-nin direktor əvəzi Fəridə Qədimova  “Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi”, Gəncə şəhər Şah İsmayıl Xətai  adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova “Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu”, Kəlbəcər rayon 109 saylı orta məktəbin direktor müavini Şikar Baxışov “Türk dünyasının tanınan və sevilən lideri”, Azərbaycan dili-ədəbiyyat müəllimələrindən Mərquşə İbrahimova  “Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyəti”, Züleyxa Mirzəyeva “Tarixin azərbaycanlı dahisi”, ibtidai sinif müəlliməsi Fidan Musayeva  “Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət”, Psixoloq Qətibə Musayeva “Fenomenal şəxsiyyət”,Uşaq təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva “Əfsanəvi şəxsiyyət”, Azərbaycan  yazıçılar birliyinin üzvü Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə ”Ulu öndər haqqında xatirələr”  başlığı altında çıxışlar etdilər. Gəncə şəhər Şah İsmayıl Xətai  adına 13 saylı tam orta məktəbin  III sinif  şagirdləri  Babayev Hikmət, Babayeva Duyğu, Xəlilzadə Fatimə , İsmayılov Mirkamil, Abbasəliyeva Fatimə, Qasımzadə Mehman , Babayeva Fatimə, Qəşəmli Mehri, Nəzərov Hüseyn, Məmmədova Fidan, Qasimova Aynur, Vəliyev Məhəmmədəli, Alizadə Nərmin, Hüseynov Fəqan,Əliyev Amin, Əliyeva Kəmalə, Məmmədli Zəhra, Hüseynli Mədinə, Kəlbəcər rayon 109 saylı orta məktəbin şagirdlərindən Aygün, Abbasova Mina, Aysun, Gəncə şəhər 26 saylı Lisey məktəbinin III sinif şagirdi Nuray Məmmədova  Ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin haqqında maraqlı  çıxışlar, şerlər söylədilər. Tədbirin sonunda “Biz Heydər babanın nəvələriyik “ adlı videoçarx nümayiş edildi.

 

109.1 KB