Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan Turizmin Mərkəzidir”

27.04.2018

27.05.2018-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq Şöbəsində “Azərbaycan Turizmin Mərkəzidir” başlığı altında sərgi –söhbət keçirilmişdir.

Tədbiri Uşaq kitabxanasının kitabxanaçısı Kifayət Sadıqova apararaq bildirdi ki qədim gözəlliklərə və mədəniyyətə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilmişdir.

Azərbaycanın hər bir güşəsi gözəldir. Zəngin tarixi , qorunan adət ənənələri, özünəməxsus təbiəti, insanların əsrlərdən qopub gələn qonaqpərvərliyi hər kəsə bəllidir.

Sonra Kifayət xanım ölkəmizdə olan turizm bölgələri və eləcə də Qəbələ, Qusar, Qax, Xaçmaz, Ismayilli və s. kurort mərkəzləri haqqında ətraflı məlumat verdi. Sərgidə nümayiş olunan Azərbaycanın mənsub olduğu zəngin mədəniyyəti , tarixi, adət-ənənələri və turizm potensialını əks etdirən kitab və kitabçalarla iştirakçıları tanış etdi.

Tədbirdə 43 nömrəli məktəbin şagirdləri iştirak etdilər.