Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mərdlik üzərində ucalan şəhər” adlı məruzə keçirilib

08.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu Zalında 07.05.2022-ci il tarixində “Mərdlik üzərində ucalan şəhər” adlı məruzə keçirildi . Tədbiri açan böyük kitabxanaçı Əfsanə Bağırova  
Şuşa haqqında geniş məlumat verərək bildirdi ki, Şuşanın Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri var. Bu qədim şəhəri təsadüfən Azərbaycanın mədəniyyət paytaxtı adlandırmırlar – Şuşa musiqi, ədəbiyyat və xalçaçılığın mərkəzi, təbiət gözəllikləri və tarixi-mədəni irsin vəhdət təşkil etdiyi unikal məkandır. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa Kiçik Qafqaz dağlarının yaratdığı gözəlliklərin qoynunda yerləşir. Təbiətin öz möcüzələrini əsirgəmədiyi bu şəhərin yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişdirlər. Bu səbəbdən də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Qədim tarixi abidələr, unikal mədəni irs nümunələri və əsrarəngiz təbiət mənzərələrinin məskəni olan Qarabağ Sovet dövründə ölkəmizin məşhur turizm bölgələrindən biri idi. İşğaldan azad olunduqdan və Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsindən sonra bu bölgənin turizm potensialının inkişaf etdirilməsi strateji prioritetə çevrilib. Tədbirdə iştirak edən fəal istifadəçilər və 6 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Rahilə Məmədova sonda söz  alaraq beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirməsindən, Silah­lı Qüvvələrimizin “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etməsindən danışdı.
 Tədbir iştirakçıları bu səpkidə keçirilən tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynadığını bildirdilər.

 

89.3 KB