Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” İnsan alverinə yox deyək” başlıqlı informasiya saatı keçirilib

07.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar " İnsan alverinə yox deyək" başlıqlı informasiya saatı keçirdi. Kitabxanaçı Gülarə Ələkbərova iştirakçıları salamladı və bu günün mahiyyəti haqqında məlumat verdi. Bu gün dünyanın  inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. İnsan alveri -  insan hüquqlarını, ləyaqət və toxunulmazlığını pozur, bu cinayətin qurbanlarını köləyə çevirir. Belə qurbanların əksəriyyətini qadınlar təşkil edir. İnsan alverinin qarşısını almaq üçün bu haqda  cəmiyyətin maariflənməsi çox önəmlidir. Təkcə cəmiyyət deyil, potensial qurbanlar arasındada maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri, hüquqi baza barədə məlumatlı olmalıdırlar. Və ən əsası təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi, çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir. 
 Ölkəmizdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul edilib, eyni zamanda xüsusi polis qurumu yaradılıb. 
 Tədbiri təşkil etməkdə məqsəd insanları diqqətli olmağa səsləmək və maarifləndirməkdir.

 

48.2 KB