Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müsəlman Şərqinin ilk cümhuriyyəti”

27.04.2018

Gəncə şəhər MKS-nin 24№ li kitabxana filialı 27.04.2018-ci il tarixdə 24№li orta məktəbdə Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi münasibətilə “Müsəlman Şərqinin ilk cümhuriyyəti” adlı oxucu konfransı keçirdi. Tədbiri kitab-xanadan Rahilə Qasımova açaraq söylədi ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura tərəfindən müsəlman Şərqində ilk dəfə olaraq Respublika formasında Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Cümhuriyyətin elanı göydən düşmə olmadı. Bu, bir sıra amillərin təsiri altında oldu. Azərbaycan Rusiya tərəfindən xanlıqlar kimi işğal olunmuşdusa, onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

Müəllimlərdən Şəhla Mustafayeva “Cümhuriyyətin yaranmasına səbəb olan amillər”, Gülnarə Balakişiyeva “AXC-nin Gəncədəki fəaliyyəti haqqında”, Xanımzər Tabıyeva “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Tədris işləri üzrə direktor müavini Qiymət Süleymanova “AXC yaradılmasında əməyi olan ziyalılar”, Sevil Rzayeva “Cümhuriyyətin qısa müddətdə gördüyü böyük işlər”, məktəb-lilərdən Aysu Rzaquliyeva “Qəbul olunan bəyannamənin 6 maddəsi ” və s. başqa mövzularda çıxış etdilər.

Sonra məktəblilərdə Nihad Şirinov Əhməd Cavadın 28 may istiqlal günü münasibətilə yazdığı “Nədən yarandın” şerini söylədi.

Tədbir iştirakçıları “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi ilə tanış oldular